Bakıda zəncirvari qəza - Ölənlər var - FOTO

Lökbatanda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TNS Trend-ə istinadən xəbər verir ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb.
İstintaq araşdırması aparılır.
20:40
Bakıda zəncirvari qəza baş verib.
TNS Trend-ə istinadən xəbər verir ki, hadisə Lökbatan ərazisində baş verib.
Qəza nəticəsində xeyli sayda şəxs xəsarət alıb.
Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.