Close

Bakıda zəncirvari qəza - Ölənlər var - FOTO + YENİLƏNİB

Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən TNS-ə verilən xəbərə görə, 6-si kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfə əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

23 aprel, 23:00

Lökbatanda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS Trend-ə istinadən xəbər verir ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb.

İstintaq araşdırması aparılır.

20:40

Bakıda zəncirvari qəza baş verib.

TNS Trend-ə istinadən xəbər verir ki, hadisə Lökbatan ərazisində baş verib.

Qəza nəticəsində xeyli sayda şəxs xəsarət alıb.

Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

26866341-5b5e-4129-926b-6cddea051595

68286986-7230-43ca-973f-c7ce9a5c221b

3bfe5c10-5e88-4e80-9729-f7eceed62bbd