Close

82 yaşlı qadın su kanalında boğulub

İmişlidə 82 yaşlı qadının su kanalına düşərək ölüb.

TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə ötən gün baş verib. İmişli şəhər sakini, 1943-ci il təvəllüdlü Vəliyeva Məstan Hüseyn qızı evlərinin yaxınlığından keçən kanala düşərək boğulub. Elə ötən gün günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları kanaldan çıxarılan M.Vəliyevanın meyitini aidiyyatı üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.