Gəncədə zəncirvari qəza
12
17:58 - 22 Mart 2025

Gəncədə zəncirvari qəza baş verib.
TNS xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
İki “KİA” və bir “Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində Ə.Əliyev (1998), R.Aslanov (2001) və şəxsiyyəti dəqiqləşdirilən daha iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirib. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb.