Ağcabədidə ağır qəza, yaralılar var - FOTO
Ağcabədi rayonunda yol qəzası baş verib.
TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx-Borsunlu yolunun Taynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “KİA” markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadı Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı