Close

Elektrik cərəyanı vurdu, hər iki qolu yandı

Ağdamda 21 yaşlı oğlanın elektrik cərəyanı vurması nəticəsində hər iki qolu yanıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Kəlbəhüseynli kəndində baş verib.

Rayon sakini, 2004-cü il təvəllüdlü Alışov Tacəddin Məhiyyədin oğlu elektrik xəttində təmir işi apararkən qısaqapanma yaranıb. Nəticədə onun hər iki qolu yanıb.

T. Alışov ağır dərəcəli yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, T.Alışova ilkin yardım göstərilib.

Yanıq xəsarətləri ağır olduğundan onun paytaxt xəstəxanalarından birinə göndərilməsi işləri görülür.

Ziya Əmirxanlı