Yük maşını körpüdən çaya aşdı, sürücü öldü
39
18:00 - 08 Fevral 2025

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
TNS-in məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.
Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.