Hacıqabulda avtomobil piyadanı vurub öldürdü
20
23:58 - 17 Yanvar 2025

Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
TNS-in məlumatına görə, “Mercedes” markalı yük avtomobili yolu keçən Atbulaq qəsəbə sakini 1972-ci il təvəllüdlü Cəbrayılov Asəf Musaxan oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.