Close

14:10
20 Yanvar 2025

Gəncədə mebel sexi yandı - YENİLƏNİB - VİDEO

Gəncədə mebel sexindəki yanğın söndürülüb, xəsarət alan yoxdur.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ü.Hacıbəyli küçəsindəki sexdə baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

20:32

Gəncədə sexdə baş vermiş yanğın söndürülüb

TNS-in məlumatına görə, hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub və alovun qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır.

20:19

Gəncədə sexdə yanğın baş verib, xəsarət alan var.

TNS-in məlumatına görə, hadisə Mirzə Şəfi Vazeh küçəsi, 61 ünvanında yerləşən sexlərin birində qeydə alınıb.

Yanğin zamanı xəsarət alanın olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi cəlb olunub.

Alovun söndürülməsi istiqamətində iş aparılır.

Yanğının səbəbləri araşdırılır.