Kürdəmirdə ağır qəza: ölən var
53
18:20 - 11 Yanvar 2025
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
TNS xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobillə "Şevrolet" markalı maşın toqquşub. Nəticədə VAZ-da olan sürücü hadisə yerindəcə həyatını itirib.
Digər yaralı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.