Azərbaycanda jurnalist vəfat etdi
148
22:22 - 10 Yanvar 2025

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundova dünyasını dəyişib.
TNS xəbər verir ki, o, infarkt keçirib.
Jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aişə Axundova uzun müddətdir AZƏRTAC-da müxbir-tərcüməçi kimi çalışıb.