Mingəçevirdə ağır qəza: ana və körpə oğlu öldü - YENİLƏNİB
Mingəçevirdə baş verən yol qəzasında ölənlərin sayı artıb.
TNS-in yerli müxbiri xəbər verir ki, xəstəxanaya çatdırılan 2020-ci il təvəllüdlü Adəm Həbliyevin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı qəzada ölən qadının oğludur.
07:51
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in yerli müxbirinin məlumatına görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Mingəçevir-Bakı xətti üzrə sərnişin daşınması fəaliyyəti göstərən"Mercedes Vito" markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Nəticədə “Mercedes Vito”da olan 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətdən hadisə yerində ölüb. Avtomobildə olan 7 sərnişin, o cümlədən Y. Həbliyevanın övladı müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxslər 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva və 2020-ci il təvəllüdlü A.Həbliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı