Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var
37
22:50 - 31 Oktyabr 2024

Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var.
TNS-in məlumatına görə, hadisə Ərtəpə kəndində qeydə alınıb.
"QAZ-53" markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, 1975-ci il təvəllüdlü Məzahir Bağırov dünyasını dəyişib.
Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamil Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.