Bakıda məktəbli oğlan öldürüldü
60
16:40 - 02 Oktyabr 2024

Bakı şəhəri, Sabunçu rayonu ərazisində bu gün saat 14 radələrində 2008-ci il təvəllüdlü Həsən Quliyev kəsici alətlə qətlə yetirilib.
Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.