Close

Gənc oğlan qəzada öldü - FOTO

Xocavənddə yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Xocavənd rayon Böyük Tağlar kəndində qeydə alınıb. "VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağırtonnajlı avtomobilə çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri - 1995-ci il təvəllüdlü Yaqubov Arzuman Yaqub oğlu hadisə yerində ölüb. Avtomobilin sürücüsü və maşında olan digər sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı