Gəncədə qadını avtomobil vurub
28
23:10 - 15 Avqust 2024

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
TNS-in məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan minik maşını 66 yaşlı Sevil Qazıyevanı vurub.
Piyada xəstəxanaya yerləşdilib.
Faktla bağlı araşdırma aparılır.