Cəlilabadda evdə qadın meyiti aşkar olunub
22
16:30 - 11 Avqust 2024

Cəlilabad rayonunda evlərdən birində meyit aşkarlanıb.
TNS-in məlumatına görə, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.
Meyitin rayon sakini, 1986-ci il təvəllüdlü Aybəniz Əbilovaya məxsus olduğu məlum olub.
Hazırda faktla bağlı araşdırma aparılır.