Sabirabadda 10 yaşlı uşağı avtomobil vurub
26
12:50 - 02 Avqust 2024

Sabirabadda 10 yaşlı uşağı avtomobil vurub.
TNS-in məlumatına görə, hadisə Sabirabad rayonunun Azadakənd kəndində qeydə alınıb.
"Ateko" markalı yük avtomobili kənd sakini, 2014-cü il təvəllüdlü Abdullazadə Aftandil Kamran oğlunu vurub.
Ağır xəsarət alan 10 yaşlı piyada Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.