Gəncədə 4 avtomobil toqquşub
7
18:02 - 19 İyun 2024

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "Porsche", "Opel", "VAZ 2107" və "Jeep" markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.