Cəlilabadda su bəndində iki nəfər boğulub - FOTO - YENİLƏNİB

Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki su bəndində boğularaq ölən şəxslərin kimliyi məlum olub.
TNS-in məlumatına görə, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 -cü il təvəllüdlü İbrahim Həsənov olduğu müəyyən edilib.
Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
15:09
Cəlilabadda su bəndində iki nəfər boğulub.
TNS-in məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən bənddə qeydə alınıb.
Boğulan şəxslərin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.