Elşən Abbasova yeni vəzifə verildi
2621
19:23 - 27 Aprel 2022
Bakı şəhərinə yeni prokuror təyin edilib.
TNS xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Abbasov Elşən Akif oğlu tutduğu vəzifədən azad olunaraq Bakı şəhər prokuroru təyin edilib.
Qeyd edək ki, ötən gün Bakı şəhər Prokuroru İlqar Abbasovun səlahiyyət müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib.