Close

“Meclis.info” saytının rəhbəri həbs edilib

“Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib.

TNS xəbər verir ki, Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, İmran Əliyev barəsində 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(APA)