Close

TƏBİB-dən İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. 2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.