Close

Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

TNS xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

20:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən TNS-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

19:53

Bakıda restoranda yanğın başlayıb.

TNS xəbər verir ki, hadisə "Hyyat Regency" hoteli qarşısında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Fövqəlada Hallar Nazirliyindən TNS-ə bildirilib ki, nazirliyin "112"i qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub və hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat keçirilir.