Lökbatanda yük maşınından 6400 dollar oğurlanıb
16
11:50 - 22 Fevral 2024
![](/upload/files/up3/Xeberler/Siyaset/2024/02/22/65d6fc00a45e465d6fc00a45e517085880328c981ecc6c8f5f86e4543437104c0a3f.jpg)
Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.
TNS xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.