Close

12:20
27 İyul 2024

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

TNS xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Emil Mehdiyev idarə etdiyi "Mazda" markalı avtomobillə yolu keçmək istəyən piyada 1967-ci il təvəllüdlü Yaqut Rzaquliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.