Close

Göygöldə minik maşını aşıb, xəsarət alanlar var

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

TNS xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Opel" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Avtomobildə olan 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Xəsarət alanlar 24 yaşlı Eltac Əzizov və 20 yaşlı Cavid Eyvazovdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.