Close

12:20
27 İyul 2024

Ödənişli yolda qəza olub - Ölənlər var

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, "Nissan Xtrail" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarət alan 59 yaşlı Xalis Babayev xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma aparılır.