Close

12:20
27 İyul 2024

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada ölüb - YENİLƏNİB

Zaqatala şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib.

TNS xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun məkumatına görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

18:00

Noyabrın 28-i saat 15:30 radələrində Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. R.İbrahimovun psixi xəstəlik əziyyət çəkdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TNS-ə bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.