Close

22:27
28 Noyabr 2023

Xəzər dənizində naməlum kişi meyiti tapılıb

Bakı şəhəri, Suraxanı rayonu, Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb.

TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Boyu 160-165 santimetr olan kişi meyiti, orta bədən quruluşlu, qara saçlıdır. Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi olmayıb.

Bu şəxsi tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.