Tərtərdə daha bir nəfər minaya düşdü
19
21:48 - 06 Oktyabr 2023
Oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1992-ci il təvəllüdlü Zaləddin Həsənli minaya düşüb.
TNS xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, Z.Həsənli ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.