Close

Bakıda yarımstansiya yanıb

Bakıda yarımstansiyada yanğın olub.

FHN-dən TNS-ə verilən xəbərə görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 36 m² olan yarımstansiyanın dam örtüyünün taxta atmaları yanıb.

Yarımstansiyanın qalan hissəsi və içərisində olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.