Cəlilabadda ağır qəza- Sürücü yanaraq ölüb
20
23:27 - 25 Sentyabr 2023
Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.
TNS xəbər verir ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(Report)