Close

12:20
27 İyul 2024

Masazırda çoxmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Masazırda onmərtəbəli yaşayış binasınında yanğın olub, 8 nəfər təxliyə edilib.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.