Close

Bakıda avtomobildən pul və mobil telefon oğurlandı

Bakıda avtomobildən pul və mobil telefon oğurlanıb.

Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Səbail rayonu ərazisində “Nissan” markalı bir avtomobildən 1800 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov saxlanılıb.

Araşdırma aparılır.