ADY-nin yarımstansiyasında yanğın baş verib
7
09:52 - 18 Sentyabr 2023

Bu gün saat 00:25 radələrində Azərbaycan Dəmir Yollarına (ADY-yə) məxsus xidmət sahəsi olan Goran Dartı Yarımstansiyasının I bölməsində yanğın baş verib.
Bu barədə TNS ADY-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, FHN-in Yanğından Mühafizə briqadalarının köməyi ilə yanğın saat 02:30-da söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa zaman ərzində yaxınlıqda yerləşən digər Dartı Yarım Stansiyalarından sözügedən mənzilə fasiləsiz elektrik enerjisinin verilməsi tam təmin olunub. Hazırda qatarlar qrafik üzrə hərəkət edirlər. Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır.