Close

Qubabada sərnişin avtobusu aşdı, 19 nəfər yaralandı - YENİLƏNİB

Bu gün səhər saatlarında Qubada baş verən avtobus qəzasının təfərrüatları nəlum olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan TNS-ə bildirilib ki, Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi"Temsa" markalı sərnişin avtobusu yoldan çıxaraq aşıb.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

11:59

Qusar-Quba reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb.

TNS “Report”a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Digah kəndində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.