Close

16 yaşlı oğlan qəzada öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilin aşması nəticəsində sərnişin-16 yaşlı Elmir İbrahimov ölüb.

Sürücü Ramil Quliyev və digər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.