Close

00:03
26 Aprel 2024

Xaçmazda bir ailənin dörd üzvünü it dişləyib

Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləyib.

TNS xəbər verir ki, hadisə rayonun Qaraçaycek kəndində baş verib.

Kənd sakinləri - 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.