Gəncədə növbə üstündə dava: 48 yaşlı kişinin gözü töküldü
20
09:51 - 01 İyun 2023

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb.
TNS-in xəbərinə görə, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib.
Daha sonra naməlum şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyyatı xaricə tökülüb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.