Close

Sabunçu Rayon Polis İdarəsi əməliyyat keçirdi - Silahlı şəxs saxlanıldı

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

TNS xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, son günlərdə Bakıda odlu silah gəzdirən bir neçə şəxs saxlanılıb.