Qriqoryan: "Sülh sazişi imzalandığı gün Ermənistan..."
9
13:35 - 29 May 2025

Biz sülh sazişinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq.
TNS xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə deyib.
O qeyd edib ki, sülh müqaviləsinin mətni yekunlaşıb və yalnız onu imzalamaq qalır.
Qriqoryan sülh sazişinin imzalandığı gün Ermənistanın ATƏT-in Minsk Qrupunu buraxmağa hazır olduğunu bildirib.