Close

23:12
08 May 2024

Azər Xəlilov Mirşahinə cavab verdi: "ATV öz yerini bilir, söyüldükcə baxılır"

ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mirşahin Ağayevin Azərbaycandakı bəzi telekanalları tənqid etməsindən sonra "Facebook" səhifəsində ona cavab verib.

TNS xəbər verir ki, o, rəhbəri olduğu televiziyanı Azərbaycanda ən böyük izləyici auditoriyası olan media resursu kimi təqdim edib:

“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir".

Qeyd edək ki, Mirşahin Ağayev bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, ad çəkərək bəzi telekanallarda müsbət dəyişikliklərin olduğunu, ATV, ARB və SPACE-in isə adını çəkməyərək onları tənqid etmişdi.

Mirşahin həmçinin əlavə edib ki, həmin kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara kəskin şəkildə iradlar bildirilib.

az