Close

18:20
06 Dekabr 2024

"Qərbin Gürcüstana təzyiqinin ikinci raundu başlayıb"

Gürcüstan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salmaq qərarından sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb.

TNS-in proseslərin gedişatının necə olacağı barədə sualını cavablandıran deputat Elman Nəsirov bildirib ki, Gürcüstanda yaşanan son prosesləri öncədən proqnozlaşdırmaq mümkün idi.

Millət vəkili qeyd edib ki, Gürcüstan iqtidarı Avropa İttifaqının diktəsi ilə deyil, ölkənin milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirmək istəyir: "Bu siyasi kurs Qərbl tərəfindən qəbul edilmir. Onlar öyrəşiblər ki, qrantlar və iqtisadi asılılıq yaratmaq yolu ilə ayrı-ayrı dövlətləri özlərindən asılı vəziyyətə salsınlar. Lazım gələndə siyasi təzyiq və şantaj elementlərini işə salaraq, bu niyyəti həyata keçirmək üçün ən uğurlu zaman isə seçkilər hesab olunurdu. Gürcüstanda keçirilən parlament seçkilər zamanı Avropa İttifaqı bütün mümkün təzyiq üsullarını işə saldı ki, iqtidarı devirsinlər, özləri üçün sərfəli qpupu hakimiyyətə gətirsinlər. Ancaq onların bu niyyəti baş tutmadı. Gürcü xalqı müdriklik nümayiş etdirdi və hakim partiyaya səs verdi”.

E. Nəsirov Qərb ölkələrinin Gürcüstana təzyiqlərinin davam edəcəyini vurğulayıb: "İndi Qərb ölkələrinin Gürcüstana təzyiqinin ikinci raundu başlayıb. Çünki İrakli Kobaxidze hökuməti 2028-ci ilə qədər Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdı. Bunun qarşılığında Qərbin dirijor çubuğu ilə ölkədəki bütün əlaltı qüvvələri hərəkətə gətirilib. Avropa İttifaqı özünü bir çox halda hakim kimi aparır və hesab edir ki, onların “yaxşı” ya da “pis” dediyi məsələlərin heç kim əleyhinə çıxa bilməz".

Ayşən Azadova