Azərbaycanda quş ətinin bahalaşma səbəbi bəlli oldu
Son zamanlar bazarda toyuq əti qiymətinin bahalaşdığı deyilir. Bahalaşmanın səbəbi nədir?
“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli TNS-in sorğusuna cavab olaraq bildirib ki, qiymətlərin artmasına səbəb yem məhsullarının bahalaşmasıdır.
O qeyd edib ki, bahalaşma kəsilmiş və diri kənd toyuğu məhsullarının qiymətində özünü göstərir.
“Yem məhsullarının qiyməti artdığından təsərrüfat xərcləri də çoxalı Bu da birbaşa diri və kəsilmiş kənd toyuğu məhsullarının qiymətinə təsir edir. Bazarda kənd toyuqlarının, xüsusilə qaz, ördək və digər quş ətlərinin qiymətində də artım müşahidə olunur. Lakin hind quşu, qaz, ördək və digər quş ətlərinin qiyməti assosiasiya tərəfindən nizamlanmır. Ona görə də sözügedən quş ətlərinin qiymətləri fərdi şəkildə alıcılara təqdim olunur. Broyler toyuqlarının qiyməti isə kənd toyuqlarına nisbətən aşağıdır”,- deyə Mürvət Həsənli bildirib.
Ayşən Azadova