Baş konsuldan İğdır-Naxçıvan qaz kəməri ilə bağlı AÇIQLAMA
76
22:55 - 29 Oktyabr 2024

İğdır-Naxçıvan qaz kəmərinin yaxın vaxtlarda tamamlanacağı gözlənilir.
TNS xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə muxtar respublikada keçirilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.
"Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin prezidenti tərəfindən atılıb. Qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir", - baş konsul əlavə edib.