Close

Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?

“Azərbaycan həmişə öz sülhpərvər mövqeyini qoruyub, bizim istədiyimiz odur ki, real, həqiqəti əks etdirən, normal prinsiplərə söykənən sülh müqailəsi imzalansın”.

Bunu TNS-ə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Nyu-Yorkda keçirilən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşünü şərh edərkən deyib.

O qeyd edib ki, ABŞ bir neçə dəfə Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçi olub: “Özəlliklə son dövrlərdə ABŞ-nin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilikdə istəkli olduğunu görürük. Daha öncə də, Vaşinqtonda danışıqlar aparılmışdı. Bizim gözləntilərimiz ondan ibarətdir ki, ABŞ-nin iştirakı ilə keçirilən görüşlərdən sonra daha praktiki addımlar atılsın. Ermənistana real sülhlə bağlı daha ciddi addımlar atması üçün təzyiqlər edilsin. Antoni Blinkenin rəhbərliyi altında BMT iclası çərçivəsində Ceyhun Bayramovla Ararat Mirzoyan görüşündən sonra həm Ermənistan, həm Azərbaycanın Xarici İşlər nazirlikləri müsbət tonda açıqlamalar yaydı.

Dövlət olaraq öz mövqeyimizi, iradənizi daim bəyan edirik. İndi isə söz Ermənistandadır. Artıq Ermənistan çalışmalıdır ki, iki ölkə arasında sülh müqaviləsini sabotaj edən addımlardan çəkilsin".

Ayşən Azadova