Ermənilər təxribatdan əl çəkmirlər - Atəş açılan mövqelər darmadağın edilməlidir
Son günlər Ermənistan silahlı birləşmələrinin xüsisilə Naxçıvan istiqmətində mövqelərimizi atəşə tutması intensiv xarakter alıb. Həmsinin, qarşı tərəf sərhədə qoşun yığmaqda davam edir.
Bu təxribat xarakterli addımlar nə ilə əlaqəli ola bilər? Prosesin bu şəkildə nə qədər davam etməsi mümkündür?
TNS-in bu barədə suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfi son aylarda ərazidə özünü kifayət qədər aqressiv aparır: “Hesab edirəm ki, bu, Ermənistana ABŞ, Fransa, Hindistandan silahların ötürülməsi, eyni zamanda həmin ölkələr və guya islam dövləti olan İran tərəfindən siyasi dəstək verilməsi ilə bağlıdır. Artıq atəşkəs pozuntuları xroniki hal alıb. Dəfələrlə adekvat cavab tədbirləri görülməsinə baxmayaraq, Ermənistan tərəfi öz təxribatlarına son qoymur. Belə olan halda Azərbaycanın həyata keçirə biləcəyi tək əks-tədbir atəş açılan mövqeləri darmadağın etməkdən ibatərdir. Əks halda düşmənin təxribatları yaxın perspektivdə dayanmayacaq”.