Close

Naxçıvanda namizədlərin seçicilərlə görüşü üçün yerlər ayrılmayıb? - FOTO

Sabahdan 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə təbliğat-təşviqat mərhələsi başlayır. Artıq qeydə alınmış namizədlərin seçiciləri ilə görüşlər keçirməsi üçün yerlər ayrılıb.

TNS xəbər verir ki, növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün ayrılmış açıq və qapalı yerlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

msk-sd

msk-sd-1

Məlumdur ki, Azərbaycanda 125 seçki dairəsi var. Bunlardan 6-sı Naxçıvan Muxtar Respublikasının ərazisində, 119-u paytaxt Bakıda və ölkənin digər bölgələrindədir. Muxtar respublika ərazisindəki seçki dairələri bunlardır:

1 saylı Şərur – Sədərək  

2 saylı Şərur-Kəngərli

3 saylı Babək - Şahbuz - Kəngərli

4 saylı Naxçıvan şəhər

5 saylı Babək - Naxçıvan - Culfa

6 saylı Ordubad - Culfa.

Maraqlıdır ki, MSK-nın rəsmi saytında yerləşdirilən hər iki siyahı 7 saylı Səbail Seçki Dairəsindən başlayır, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində yekunlaşır. 119 seçki dairəsini əhatə edən ərazilərdə görüş üçün ayrılmış açıq və qapalı yerlərin ünvanları tək-tək göstərilib.  

O zaman ortaya belə bir sual çıxır ki, digər 6 seçki dairəsi (Naxçıvan MR ərazisi) üzrə namizədlərin seçicilərlə görüşməsi üçün yerlər ayrılmayıb?