Close

Türkiyənin azərbaycanlı astronavtı əslən Naxçıvandandır - FOTO

Bir neçə gündür, Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevərin ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçuşu müzakirə olunur.

TNS xəbər verir ki, iyunun 8-də Bakı vaxtı ilə saat 18:30-da (yerli vaxtla saat 08:30) başlayan uçuş bir saat iyirmi dəqiqə davam edib. Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib. Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Missiya zamanı o, üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə başlayıb.

Mediada yayılan məlumatlarda qeyd olunub ki, Tuva Cihangirin anası azərbaycanlıdır.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev astronavtla bağlı maraqlı fakt açıqlayıb. Alim onun ata babasının Naxçıvandan olduğunu, Sovet hakimiyyəti qurulanda, 1920-ci ildə Türkiyənin Ərzurum vilayətinə mühacirət etdiklərini, oradan isə Ankara köçdüklərini bildirib.

astr

kosm1